Avropa İttifaqına sədrlik Çexiyaya keçib

2022/06/1656564333.jpg
Oxunub: 272     08:44     30 İyun 2022    
Çex Respublikası Aİ-yə sədrliyi Fransadan təhvil alıb.

Ordu.az xəbər verir ki, bu barəıdə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik açıqlamada ölkənin ittifaqa sədrliyinin prioritetlərini də açıqlayıb. Bura Ukrayna münaqişəsinin həllinə kömək, enerji təhlükəsziliyi və miqrasiya daxildir.

Baş nazir Petr Fiala bir müddət əvvəl bildirib ki, yaxın vaxtlarda Ukrayna prezidenti ilə birgə zirvə görüşü təşkil etmək niyyətindədir. Görüşdə uzun müddətdir quruma üzv olmaq istəyən ölkələrin də məsələsi müzakirə ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Çexiya  


Bizi "telegram"da izləyin