Makron Fransa və Türkiyənin NATO-nun birliyinə sadiq olduqlarını bildirib

2022/02/1645864816.jpg
Oxunub: 328     07:08     30 İyun 2022    
Fransa Prezidenti Emmanuel Makron ölkəsinin və Türkiyənin NATO-nun birliyinə, eləcə də gücünə sadiq olduqlarını bildirib.

Ordu.az xəbər verir ki, dövlət başçısı bu barədə tviter hesabında yazıb.

Makron Ukraynadakı müharibə ilə əlaqədar Fransa və Türkiyənin NATO-nun birliyinə, gücünə hər zamankindən daha çox sadiqliklərini önə çəkib.

Dövlət başçısı bildirib ki, iki ölkə Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracını təmin etmək üçün səylərini davam etdirəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin