ABŞ və Aİ nümayəndələri kosmosda əməkdaşlığı müzakirə ediblər

2022/06/1656564208.jpg
Oxunub: 273     06:01     30 İyun 2022    
ABŞ və Avropa İttifaqının nümayəndələri Vaşinqtonda kosmos üzrə dialoqun (Space Dialogue) növbəti görüşünü keçiriblər.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Məlumata əsasən, görüş zamanı tərəflər digər məsələlərlə yanaşı, kosmosda fəaliyyətin təhlükəsizliyinin təmin edilməsini də müzakirə ediblər.

"Tərəflər Yer səthinin müşahidəsi, təbii fəlakətlərə reaksiya, qlobal peyk naviqasiya sistemləri, kosmik uçuşların təhlükəsizliyi, kosmosda vəziyyətin müşahidəsi, həmçinin kosmosda təhlükəsizliyin və uzunmüddətli davamlı fəaliyyətin təmin edilməsi məqsədi ilə transatlantik əməkdaşlıq imkanları sahəsində əməkdaşlığı müzakirə ediblər", - deyə Dövlət Departamentinin bəyanatında bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ     Kosmos  


Bizi "telegram"da izləyin