Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Aşqabadda keçirilən Xəzər sammitindən sonra jurnalistlərə açıqlamasında bildirib.
"Biz sakit işləyirik, qoşunlar hərəkət edir, qarşıya qoyulan vəzifələrə çatır. Hər şey plan üzrə gedir", - Putin jurnalistlərə deyib.
O qeyd edib ki, əməliyyatın vaxtı barədə danışmağa dəyməz.
"Vaxt haqqında danışmağa ehtiyac yoxdur, bu, həyatdır. Bunlar real şeylərdir. Bu, hərbi əməliyyatların intensivliyi ilə bağlıdır və intensivlik mümkün itkilərlə birbaşa bağlıdır",- deyə Rusiya prezidenti vurğulayıb.
Ordu.az