Vladimir Solovyov: "Azərbaycandan üzr istəyirəm, çətin vaxtlardı, səhvlər baş verir"

2021/01/solov-1609837996.jpg
Oxunub: 1396     01:24     30 İyun 2022    
"Mən öz adımdan Azərbaycandan üzr istəyirəm, ona görə ki, bu, mənim şəxsi siyasi səhvim ucbatından baş verib".

Ordu.az xəbər verir ki, bunu rusiyalı telejurnalist Vladimir Solovyov “Rossiya 1” telekanalında yayımlanan "Vladimir Solovyovla axşam" siyasi tokşousunda bildirib.

"Digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət Rusiyanın xarici siyasətinin başlıca prioritetlərindəndir. Mən, şəxsən bu prioritetlə tam razıyam. Dünən mənim səhər efirimdə elə bir hadisə baş verdi ki, bu, Bakıda qəbuledilməz kimi qiymətləndirildi. Mən öz adımdan Azərbaycandan üzr istəyirəm, ona görə ki, bu, mənim şəxsi siyasi səhvim ucbatından baş verib. Çətin vaxtlardı, səhvlər baş verir",- rusiyalı jurnalist deyib.

Qeyd edək ki, iyunun 28-də Vladimir Solovyov Rusiyanın dövlət radiosu “Vesti FM”də apardığı verilişdə Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazisindəki separatçı rejimin nümayəndəsi David Babayanı "Artsaxın xarici işlər naziri" kimi qonaq qismində təqdim edərək Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirib. Bu gün səhər saatlarında "Solovyov Live" Youtube kanalında Vladimir Solovyov Azərbaycandan üzr istəmək adı ilə ölkəmizə qarşı daha bir təxribata yol verib. O, erməni separatçı ilə bərabər efirdə Azərbaycan tərəfinə də yer verməli olduğunu, amma bunu etməməsinə görə Azərbaycandan üzr istəyib. Lakin Solovyovun həmin üzrü necə deyərlər, qəbahətindən böyük olub. Bunu anlayan rusiyalı telejurnalist Vladimir Solovyovla axşam siyasi tokşousunun iyunun 29-da yayımlanan axşam efirində səhvini düzəldərək bu dəfə həqiqətən Azərbaycandan üzr istəyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Solovyov   Azərbaycan  


Bizi "telegram"da izləyin