Prezident İlham Əliyev: "Azərbaycan və İran arasında bir sıra məsələlərlə bağlı çox yaxşı irəliləyiş var"

2022/06/1656515368.jpg
Oxunub: 342     18:12     29 İyun 2022    
Türkmənistanda ötən dəfəki görüşümüzdən sonra münasibətlərimizə çox gözəl təkan verildi və əlaqələrimiz daha da sürətlə inkişaf etməyə başlamışdır. Hökumət üzvlərinin qarşılıqlı səfərləri təşkil edildi. Bir sıra məsələlərlə bağlı, xüsusilə nəqliyyat, energetika və digər sahələrdə çox yaxşı irəliləyiş var.

Ordu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aşqabadda İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşdə söyləyib.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, bugünkü görüşdən sonra da əlaqələrimizin inkişafına növbəti təkan veriləcək və qardaş xalqlarımızın birgə gələcəyi təmin ediləcək.

“Xalqlarımızın ortaq tarixi münasibətlərimiz üçün çox gözəl təməldir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Prezident   İlham-Əliyev  


Bizi "telegram"da izləyin