Ermənistan MTX-nin Qarabağdakı "qurbanları" - Bu dəfə 5 hərbi qulluqçu həbs edilib

2022/06/1656510033.jpg
Oxunub: 802     17:48     29 İyun 2022    
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Qarabağdakı qanunsuz fəaliyyət göstərən bölməsi video yayımlayaraq bildirib ki, guya 5 yeni xəyanət halını üzə çıxarıb.

İddia olunur ki, onlardan biri 200 dollar müqabilində xarici agentlərə hərbi hissələr, postlar və hərbi texnika ilə bağlı başqa məlumatlar təqdim edib.

Guya digərləri isə “Facebook” və “Tiktok” sosial şəbəkələrində tanış olduqları qızlara postlardan fotolar, eləcə də hərbi hissələrlə bağlı məlumatlar ötürüblər.

Qeyd edək ki, Ermənistan tərəfi mütəmadi olaraq əksəriyyəti hərbçilərdən ibarət olan agentlərin həbsi barədə məlumatlar yayır. Müharibə başa çatdıqdan sonra ittiham olunan şəxslərin ümumi sayı artıq 50 nəfəri ötüb.

Maraqlıdır ki, dövlətə xəyanətlə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxslərin əksəriyyətinin adları gizli saxlanılan ictimai müdafiəçiləri var. Belə təəssürat yaranır ki, Ermənistan MTX müstəntiqləri özlərinin “səs-küylü ifşası” və Nikolun satqınların adlarını dərc edəcəyi vədi altında qalıblar və indi bir neçə nəfəri mühakimə etməyə və günahkarların kim olduğunu göstərməyə çalışırlar.

Hətta məlumata görə, Ermənistan MTX-nin icraatında araşdırılan dövlətə xəyanət işi üzrə təqsirləndirilən şəxslərdən biri, Vedidə yaşayan erməni kadr zabit, kapitan A.Taron bu yaxınlarda həbsdən azad edilib. Xatırladaq ki, 19 hərbi qulluqçunun da adı hallanan “casuslar” seriyası fevralda başlayıb. Ermənistan MTX-nin məlumatına görə, guya onlar sosial şəbəkələrdə bəzi saxta qadınlarla tanış olublar və pul müqabilində tanış olduqları insanlara erməni hərbi birləşmələrinin yerləşdiyi yer, hərbi texnikanın sayı və növü, şəxsi heyət və sair barədə məlumatlar ötürüblər. Bir çox məlumatlara görə, Ermənistan MTX bu işi müharibədəki məğlubiyyəti ört-basdır etmək, insanların gözünə toz sovurmaq üçün uydurub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Casus   MTX   Müharibə  


Bizi "telegram"da izləyin