“Nikol erməni xalqının arxasında daha bir sui-qəsd razılaşması əldə edib” - Zakaryan

2022/06/1656400803.jpg
Oxunub: 658     21:32     29 İyun 2022    
““Ümid edirik ki, artıq reallığa çevrilmiş Zəngəzur dəhlizinin fəaliyyətinin effektivliyini dərk etmək üçün Ermənistandan çox zaman tələb olunmayacaq”. Bu, Nikolun dünənki mətbuat konfransında verdiyi bəzi açıqlamalara cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi bəyanatdan sitatdır”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistanın keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan yazıb.

“Bu nədir? “...artıq reallığa çevrilmiş Zəngəzur dəhlizi” anlayışı nə deməkdir? Rəsmi Bakının artıq Xəzəryanı bölgəsi, Orta Asiya regionu və Türkiyə ərazisi ilə Avropaya çıxan ölkələr ilə beynəlxalq yük daşımalarının müzakirəsinə başladığını nəzərə alsaq, Nikolun erməni xalqının arxasında daha bir sui-qəsd razılaşması əldə etdiyi qənaətinə gəlmək olar. Həm də təkcə Azərbaycanla yox. Əks halda türklər buna əmin olmaz, başqa ölkələrlə danışıqlara başlamazdılar. Belə olan halda dünənki mətbuat konfransında Nikolun timsah göz yaşları kimə lazımdır? Öz xalqını müharibə ilə qorxutmaq üçün növbəti şantaj kimə lazımdır? Türkiyə-Azərbaycan tandemi və kapitulyantımız artıq Ermənistanın taleyini həll edib”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Zəngəzur-dəhlizi  


Bizi "telegram"da izləyin