“Paşinyanın mətbuat konfransını təşkil etməkdə məqsədi yenidən Rusiyaya “palçıq atmaq” idi” - Nazaryan

2022/06/f6126-1654503027.jpg
Oxunub: 395     17:26     29 İyun 2022    
“Baş nazir Nikol Paşinyan bu bəyanatları xüsusi olaraq xalq arasında gərginlik və ümidsizlik yaratmaq üçün verir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Geğam Nazaryan deyib.

Onun sözlərinə görə, Paşinyanın dedikləri sürpriz deyil.

“Bizim vəzifəmiz Nikolun torundan çıxmaqdır. Nikolun Baş nazirliyi dövründə məhkəmədə ədalətə nail ola biləcəyini düşünən adam başa düşsün ki, xeyr, problem bir adamdadır. Nikol Baş nazir olmasa, hər şey bir anda dəyişəcək”, - deyə Nazaryan qeyd edib.

Erməni deputat bildirib ki, Nikol Paşinyan insanları qorxutmaqla məşğuldur.

Nazaryan əlavə edib ki, Paşinyanın mətbuat konfransını təşkil etməkdə məqsədi yenidən Rusiyaya “palçıq atmaq” idi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Rusiya  


Bizi "telegram"da izləyin