Zelenski: "Bizə təhlükəsizlik zəmanəti lazımdır"

2022/03/1646163698.jpg
Oxunub: 285     15:55     29 İyun 2022    
Ukrayna Prezidenti Vladimir Zelenski İsveç və Finlandiyanın NATO-ya inteqrasiyasını dəstəklədiyini bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna lideri NATO-nun Madrid Sammitində videoformatda çıxışında deyib.

“İsveç və Finlandiyanın NATO-ya üzv ola bilməsi vacibdir ki, təşkilatınız onları müdafiə edə bilsin”, - o bildirib.

Ukrayna Prezidenti əlavə edib ki, sülh naminə NATO-nun şərq sərhədləri ilə bağlı yanaşma dəyişməlidir: “Alyansın şərqdəki bütün üzvlərinin, bütün qonşularımızın Ukraynanın NATO-ya üzvlüyünə tərəfdar olması təsadüfdürmü? Xeyr, bu təsadüf deyil. Bu, məntiqli yanaşmadır. Çünki onlar bizmi regionumuz barədə, buradakı həyat barədə məlumatlıdırlar. Ukrayna kifayət qədər bədəl ödəməyibmi? Həm Avropanın, həm də bütövlükdə sivilizasiyanın qorunub saxlanmasına verdiyimiz töhfə kifayət deyilmi? Yəni başqa nə lazımdır? Bizə lazım olanı deyə bilərəm: bizə təhlükəsizlik zəmanəti lazımdır və siz ümumi təhlükəsizlik məkanında Ukraynaya yer tapmalısınız”.

Ukrayna dövlət başçısı vurğulayıb ki, Alyansın iki yolu var: “Ya Ukraynaya qələbə üçün kifayət qədər təcili yardım verməlidir, ya da Rusiya ilə NATO arasında təxirə salınmış müharibə olacaq”.

Ukrayna Prezidenti bildirib ki, Rusiya Avropanı alçaltmağa çalışır: “Aclıq Avropada miqrasiya dalğaları yaratmaq üçün bir alətdir, təzyiq vasitəsidir. Eyni şey enerjiyə də aiddir. Rusiya bunu sizi alçaltmaq, tamamilə asılı vəziyyətə salmaq, azadlığınızdan imtina etmək üçün edir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   NATO  


Bizi "telegram"da izləyin