Ermənistanın “Hraparak” nəşri yazır ki, sitat rəsmi bəyanatdan bir hissədir və həmişə olduğu kimi heç nə demir.
“Ancaq mənim və “Facebook” sosial şəbəkəsinin bir çox erməni istifadəçilərinin diqqətini bəyanatın məzmunu yox, yanda verilən fotolardan biri çəkdi. Divarın yanında, dövlət bayraqlarının qarşısında 8 hərbçi və 1 mülki şəxs dayanıb. Mülki şəxs təbii olaraq Papikyan Surendir. Dərhal sual yaranır ki, bu yeganə mülki şəxsin hərbçilərin arasında nə işi var? Lakin cavab birmənalı deyil. Bu sualda da günahkar Nikol deyil. Bu sualın öz tarixi var. 2015-ci ilin dekabrında keçirilən referendum nəticəsində Ermənistanda idarəetmə sistemində dəyişiklik edilib: yarı prezident idarəetmə formasından parlament idarəetmə formasına keçilib. Bu, təbii olaraq Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın öz hakimiyyətini saxlamaq üçün edilən dəyişiklik kimi şərh olundu. Ancaq başqa bir motiv var idi. Bu, Avropa dövlətləri ailəsinə daxil olmaq üçün ikinci addım idi. Birincisi, Şərq Tərəfdaşlığı proqramına qoşulmaq idi. Düzdür, Ermənistan üçün bu yaxşı alınmadı, amma vacib olan xarici siyasət oriyentasiyasının dəyişməsi prosesi idi”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az