“Lin Treysi Ermənistana gəlməmişdən əvvəl Pakistanda xidmət edib” - Sarkisyan

2022/06/1656503236.jpg
Oxunub: 419     15:41     29 İyun 2022    
“ABŞ-ın Ermənistandakı yeni səfiri vəzifəsinə namizədlə bağlı çox danışılır”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində beynəlxalq məsələlər üzrə erməni ekspert Suren Sarkisyan yazıb.

Onun sözlərinə görə, əsas səbəb səfirin əvvəllər Ukraynada xidmət etməsidir.

“Mən burada problem görmürəm. ABŞ-ın Ermənistandakı keçmiş səfiri Yovanoviç də daha sonra Ukraynaya ezamiyyətə gedib. Lin Treysi Ermənistana gəlməmişdən əvvəl Pakistanda xidmət edib. Düşünmürəm ki, bunlar sui-qəsd nəzəriyyələri üzərində qurulmalı olan şərtlərdir. Mən şəxsi söhbətlərdən öyrəndim ki, səfirliyə namizəd Kristina Kvin Dövlət Departamentində (Avropa istiqamətində), Təhlükəsizlik Şurasında və bir sıra xarici dövlətlərdə çalışmış, yaxşı təlim keçmiş, peşəkar diplomatdır (Vaşinqtondakı səfirimizlə müqayisədə). O, Soyuq müharibədən sonrakı nəslin diplomatlarından biridir, onun region və onun tarixi haqqında parlaq təsəvvürü var”, - deyə Sarkisyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ   Səfir  


Bizi "telegram"da izləyin