Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Qarabağdakı qanunsuz “hərbi birləşmənin keçmiş nümayəndəsi” Senor Hasratyan yazıb.
“Bu gün ordu məğlub olub, döyüş və mənəvi-psixoloji baxımdan məhv sındırılıb, demək olar hər gün baş verən ölüm hadisələrindən məhv olub, dörd aydır Baş Qərargah rəisi yoxdur. Maraqlıdır, dörd ay əvvəl telefonumu “partladan”, qrant yeyən hüquq müdafiəçilərinin və “müstəqil” KİV-lərin bütün bunlarla bağlı deyəcəyi yoxdur? Yoxsa artıq öz məqsədlərinə çatıblar?”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az