Laçında qanunsuz yaşayan erməni: “Bizə qarşı pis bir şeyin gözlənildiyini düşünmürəm”

2022/06/1655202646.jpg
Oxunub: 718     14:37     29 İyun 2022    
“Laçında qaz kəmərləri sökülür”.

Ordu.az xəbər verir ki, bunu Laçın şəhərində qanunsuz yaşayan ermənilərin “rəhbəri” Narek Aleksanyan deyib.

Onun sözlərinə görə, noyabrın 9-dan bəri Laçın şəhərində qaz yoxdur.

“Noyabrın 9-dan Laçında qazımız yoxdur, hazırda Laçında qaz boruları sökülür. Bizdə olan məlumata görə, bu borular qazlaşdırma işləri üçün Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinə aparılacaq”, - deyə Aleksanyan qeyd edib.

Azərbaycanın inşa etdiyi yeni yolun tikintisi və Laçın dəhlizinin azərbaycanlılara verilməsinə toxunan Aleksanyan bildirib: “Bu söhbətlər daxildən daha çox xaricdə yayılır. Yol indi intensiv şəkildə çəkilir, istismara verildikdən sonra nə olacaq, hansı məqsədlə istifadə olunacaq, deyə bilmərəm, bu məlumatlar söz-söhbətlər səviyyəsindədir, hər halda Laçın və Zabuxda insanlar sakit yaşamağa davam edirlər. Bizə qarşı pis bir şeyin gözlənildiyini düşünmürəm”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Laçın   Zabux  


Bizi "telegram"da izləyin