Rəisi: “İranın Xəzəryanı ölkələrlə çox yaxşı əlaqələri var”

2021/08/ebrah-1628180211.jpg
Oxunub: 317     11:00     29 İyun 2022    
Xəzər dənizi sahilyanı ölkələrin müştərək mirasıdır.

Ordu.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi bu gün Türkmənistanda keçirilən Xəzəryanı ölkələrin zirvə toplantısına getməzdən əvvəl deyib.

İbrahim Rəisi bildirib ki, İranın Xəzəryanı ölkələrlə çox yaxşı əlaqələri var.

O qeyd edib ki, Türkmənistanda keçirilən iclasda Xəzərin hüquqi statusu və Xəzəryanı ölkələr arasında əməkdaşlığın artırılması perspektivi müzakirə olunacaq.

Qeyd edək ki, İran Prezidentinin Türkmənistana səfəri başlayıb. Səfər çərçivəsində onun Xəzəryanı ölkə rəhbərləri ilə ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparacağı bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Rəisi  


Bizi "telegram"da izləyin