Almaniya və Niderland Ukraynaya əlavə altı “PzH 2000” haubitsa göndərəcək

2022/06/1656478935.jpg
Oxunub: 342     03:15     29 İyun 2022    
Almaniya və Niderland Ukraynaya əlavə üç “Panzerhaubitze (PzH) 2000” haubitsa göndərəcək.

Ordu.az “Gazeta.ru” saytına istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Kristina Lambrextin məlumat verib.

“Niderlandla birlikdə Ukraynaya üçü Almaniyadan olmaqla əlavə altı “Panzerhaubitzen 2000” sistemini göndərəcəyik. Bu silah dünyanın ən qabaqcıl artilleriya sistemlərindən biridir”,-- deyə nazir bildirib.

Onun sözlərinə görə, yeni tədarüklər Ukraynanın müdafiə naziri Aleksiy Reznikovun tələbi ilə həyata keçirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Niderland   Ukrayna  


Bizi "telegram"da izləyin