Almaniya müdafiə xərclərini 80 milyard avroya qədər artırır

2021/02/31232-1612717619.jpg
Oxunub: 326     06:19     29 İyun 2022    
Almaniya qarşıdakı bir neçə il ərzində müdafiəyə ildə orta hesabla 70-80 milyard avro xərcləmək niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Madriddə NATO sammiti ərəfəsində ARD telekanalının efirində bildirib.

Kansler Almaniyanın NATO-nun güclənməsinə böyük töhfə verdiyini vurğulayıb.

"Almaniya indi NATO-da ABŞ ilə birlikdə ən böyük töhfəni verən ölkədir. Burada söhbət alyansın döyüş qabiliyyətindən gedir", - Şolts deyib.

Qeyd edək ki, NATO-nun dövlət və hökumət başçıları səviyyəsində iclası iyunun 28-30-da Madriddə baş tutacaq. İclasda yeni strateji konsepsiya qəbul ediləcək, alayansın gücləndirilməsi və qlobal iqlim dəyişikliyinin təhlükəsizlik sektoru üçün təsirləri nəzərdən keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Müdafiə-xərcləri  


Bizi "telegram"da izləyin