İsveç terrorla mübarizə qanununu sərtləşdirəcək, terrorçuları Türkiyəyə təhvil verəcək

2021/10/pkkwo-1633428407.jpg
Oxunub: 569     23:18     28 İyun 2022    
İsveç iyulun 1-dən terror cinayətləri ilə bağlı qanunu sərtləşdirəcək.

Ordu.az-ın məlumatına görə, bu barədə Madriddə Türkiyə, İsveç və Finlandiya arasında imzalanan memorandumda deyilir.

Eyni zamanda İsveç və Finlandiya Türkiyənin terrorda şübhəli bilinən şəxslərin ekstradisiya tələblərini dəlil və kəşfiyyat məlumatlarına əsaslanaraq nəzərdən keçirəcəklərini vəd edib.

İsveç və Finlandiya Türkiyəyə PKK-nın hər hansı maliyyə yardımı edilməsini araşdıracaq və dayandıracağına söz verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PKK   İsveç  


Bizi "telegram"da izləyin