Finlandiya və İsveç Türkiyənin tələbini qəbul edib - YENİLƏNİB

2022/06/1656444573.jpg
Oxunub: 607     22:59     28 İyun 2022    
Finlandiya və İsveç bütün terror təşkilatlarının Türkiyəyə qarşı həyata keçirdiyi hücumları açıq və birmənalı şəkildə pisləyirlər, PKK və bütün digər terror təşkilatlarının və əlaqəli şəxslərin fəaliyyətinin qarşısını almağı öhdəsinə götürürlər.

Ordu.az xəbər verir ki, bu barədə Madriddə üç ölkə arasında imzalanan memorandumda deyilir.

Qeyd olunur ki, bu iki ölkə terrorla mübarizə üzrə milli qanunvericiliyə düzəlişlər etmək öhdəliyini üzərlərinə götürürlər.

İsveç təsdiq edir ki, yeni və daha effektiv “Terror Cinayətləri Qanunu” iyulun 1-dən qüvvəyə minəcək.

Finlandiya və İsveç Türkiyənin təqdim etdiyi məlumatlar, sübutlar və kəşfiyyat məlumatları nəzərə alınmaqla, terrorda şübhəli bilinən şəxslərin deportasiya və ya ekstradisiya tələblərinə tez bir zamanda baxacaq.

Bundan əlavə, İsveç və Finlandiya Türkiyəyə qarşı müdafiə sənayesi sahəsində embarqo məhdudiyyətlərinin qaldıraraq əməkdaşlığı artıracaq.

*****

Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli memorandum imzalanıb.

Ordu.az xəbər verir ki, bu memorandum Madriddə Finlandiya və İsveçin NATO-ya üzvlük proseslərinə dair çərçivədə imzalanıb.

Sənədə üç ölkənin xarici işlər nazirləri imza atıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İsveç   Finlandiya  


Bizi "telegram"da izləyin