Lavrov: “NATO Sammitdən xeyli əvvəl Rusiyanı düşmən elan edib”

2019/04/10281-1555486514.jpg
Oxunub: 364     17:17     28 İyun 2022    
NATO ölkələri qarşıdan gələn Sammitdən xeyli əvvəl Rusiyanı düşmən elan ediblər.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkələrin XİN rəhbərlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyasını NATO üçün təhlükə elan etməsi alyansın və ABŞ-ın fəaliyyətinə yeni heç nə gətirməyəcək.

"NATO-nun şərq cinahında güclənməsi alyansın Rusiya Federasiyasının sərhədlərinə doğru yaxınlaşması qəbuledilməz xəttinin davamıdır. NATO Alyansın qarşıdan gələn sammitinin qərarından asılı olmayaraq, şərq cinahında qüvvələr toplamaq qərarına gəlib", - Rusiya XİN başçısı qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   NATO  


Bizi "telegram"da izləyin