Zelenskinin ofisi Peskova cavab verib

2022/06/s8df7-1656425063.jpg
Oxunub: 521     17:11     28 İyun 2022    
“Bu müharibəni Ukrayna başlatmayıb və onu “sifarişlə” bitirməyəcək”.

Ordu.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib.

“Yenə Z-ultimatumlar? Bu müharibəni Ukrayna başlatmayıb və onu “sifarişlə” bitirməyəcək. Moskvadakılar adekvatlığa qayıdaraq müharibəni istənilən vaxt bitirə bilərlər: şəhərlərimizə raket göndərməyi dayandırın, qoşunlarınızı çıxarın və “nüvə təbliğatından” imtina edin”, - Podolyak qeyd edib.

Xatırladaq ki, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Ukrayna istəsə müharibəni dayandıra bilər. “Ukrayna tərəfi bu günün sonuna qədər hər şeyi dayandıra bilər. Bunun üçün millətçi birləşmələrin və Ukrayna hərbçilərinin silahı yerə qoyması əmri, eləcə də Rusiyanın şərtlərini yerinə yetirmək lazımdır. Hər şey günün sonuna qədər bitə bilər. Qalanı artıq Ukrayna dövlətinin başçısının fikirləridir”, - Peskov deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya   Peskov  


Bizi "telegram"da izləyin