Erməni politoloq: “Ermənistan diplomatik sahədə sadəcə olaraq taleyi barədə məlumatlandırılan obyektdir”

2022/06/dsf78-1656413043.jpg
Oxunub: 663     14:43     07 İyul 2022    
“Rusiyanın xarici işlər naziri Sergey Lavrov regiona səfəri zamanı ATƏT Minsk qrupunun artıq mövcud olmadığını bir daha təsdiqləyərək təbii olaraq “günah barmağı”nı Paris və Vaşinqtona tuşlayıb”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Yervand Bozoyan deyib.

Onun sözlərinə görə, fakt budur ki, üç ölkənin Qarabağ məsələsində birləşdiyi platforma mövcud deyil.

“Bu ifadə Azərbaycan üçün sərfəli idi, bu, obyektiv reallıqdır və Ermənistanla Azərbaycanın problemləri ilə bağlı deyil”, - deyə Bozoyan qeyd edib.

Erməni politoloq bildirib ki, Ermənistan diplomatik sahədə sadəcə olaraq taleyi barədə məlumatlandırılan obyektdir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Diplomatik-əlaqə  


Bizi "telegram"da izləyin