Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Qeyd olunub ki, 2018-ci ilin sonunda Nikol Paşinyan növbədənkənar parlament seçkilərinin keçirilməsinin zəruriliyini siyasi qeyri-müəyyənliklərin investisiyaların həyata keçirilməsinə mane olması ilə əsaslandırıb.
“Ümumiyyətlə Paşinyan bütün fəaliyyəti boyu belə bir fikir yaratmağa çalışıb: guya hakimiyyət dəyişikliyi nəticəsində Ermənistana maraq və hakimiyyətə etimad o qədər böyükdür ki, diaspordan və xaricdən gələn iş adamları investisiyalar üçün sadəcə olaraq növbəyə dayanıblar. Əslində, biz tez bir zamanda əmin olduq ki, bu hakimiyyət biznes üçün əlverişsiz şərait yaradır, biznesə müxtəlif təzyiq vasitələri tətbiq edir, bank sirrini pozur”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az