Ordu.az xəbər verir ki, bunu Qarabağdakı qanunsuz “hərbi birləşmənin nümayəndəsi” Suren Sarumyan deyib.
Məlumata görə, yaralı erməni hərbi qulluqçular İrəvana aparılmalıdırlar.
Sarumyan bu məlumatı nə təkzib, nə də təsdiq edib.
“Bu barədə heç nə deyə bilmərəm”, - deyə o qeyd edib.
Xatırladaq ki, iyunun 24-də, saat 22:30 radələrində Qarabağda erməni hərbi qulluqçular naməlum şəraitdə, günlük xidmətdən sonra istirahət saatında mülki avtomobillə qəzaya düşüblər. Qəza nəticəsində 1 erməni hərbi qulluqçu ölüb, dörd erməni hərbi qulluqçu tibb müəssisəsinə yerləşdirilib.
Alpər Mövludoğlu
Ordu.az