Ukrayna DİN: Rusiya Qərb və öz elitası üçün bütün mümkün yolları bağlayır

2022/03/downl-1648620152.jpg
Oxunub: 300     14:50     28 İyun 2022    
"Rusiya həm Qərb, həm də öz elitası üçün bütün mümkün yolları bağlayır".

Ordu.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin Kremençuqdakı ticarət mərkəzini hədəf almaları təkcə NATO sammitinin başlanması ilə bağlı deyil: "Bu həm də dünən baş tutan G7 görüşü ilə əlaqəli ola bilər. Eyni zamanda Rusiya elitasına xəbərdarlıqdır. Son bir ayda ölkəmiz daha intensiv atəşə tutulur. Əgər əvvəllər bir dəfəyə 5-6 raket atırdılarsa, yalnız iyunun 25-də qarşı tərəf 50-dən çox raket atıb. Onlar müxtəlif nöqtələrdən atılır. Bu, bizim hava hücumundan müdafiə qüvvələrimizin işini xeyli çətinləşdirir. Əgər mülki obyektlərdən danışırıqsa, onda son günlər Rusiya Kiyevdə uşaq bağçasını və Kremençuqda ticarət mərkəzini atəşə tutub".

V.Denisenko bildirib ki, Putin bu yolla dayanmaq fikrində olmadığını nümayiş etdirir və danışıqlar prosesi üçün həm Qərb, həm də öz elitasına bütün mümkün yolları bağlayır: “Putin başa düşür ki, həm daxildəki hərbçilər, həm də Rusiya elitası Ukraynakı müharibənin qumar oyunu olduğunu düşünür. Lakin o, geri çəkilmək üçün bütün yolları bağlayır. Putin hamıya göstərir ki, hələ ki danışıqlar prosesindən danışmaq mümkün deyil. Qarşımızda çox çətin bir reallıq var. Amma bu mərhələ uzun çəkə bilməz. Rusiyanın Belarusdan 20 vaqon dolusu sursat istəməyə başlaması, həqiqətən də, çox şeydən xəbər verir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin