Erməni ictimai xadim: “Vanetsyan fürsətçidir, rus agentidir”

2022/06/45sd4-1656412242.jpg
Oxunub: 348     14:15     29 İyun 2022    
“Biz Rusiyadan asılılığımızı addım-addım azaltmalı, suverenliyimizi gücləndirməliyik”.

Ordu.az xəbər verir ki, bunu ABŞ-da yaşayan Ermənistan vətəndaşı, erməni sənətçi Sasun Kosyan deyib.

Kosyan Ermənistandakı Müqavimət hərəkatına toxunaraq qeyd edib ki, rusiyayönlü müxalifətin iki dəfə məğlub olması onların qalib gəlmək şanslarının olmadığını göstərir.

“Müqavimət hərəkatı uğursuzluğa məhkumdur. Digər müxalif qüvvələr üçün meydan açılıb. “Şərəim var” fraksiyasının rəhbəri Artur Vanetsyanın mandatından imtina etmək addımına gəlincə qeyd edim ki, Vanetsyan fürsətçidir, siyasi xadim kimi özündən heç nə təqdim etmir. Vanetsyan rus agentidir, keçmiş MTX rəhbərinin uğursuzluqları ona üstünlük vermir”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Vanetsyan  


Bizi "telegram"da izləyin