Erməni ekspertlər: “Bu, iqtisadiyyatımızın tənəzzülünə gətirib çıxaracaq”

2022/06/dsf45-1656412040.jpg
Oxunub: 549     20:45     29 İyun 2022    
Ermənistan Fövqəladə Hallar Nazirliyi Gürcüstandan məlumat alıb ki, Stepantsminda-Lars avtomobil yolu bütün növ nəqliyyat vasitələri üçün bağlıdır. Səbəb Şimali Osetiya sektorunda sərhədin dağılması olub.

Ermənistan kənd təsərrüfatı nazirinin keçmiş müavini Qarnik Petrosyanın sözlərinə görə, hazırda ixrac təhlükə altındadır.

“Üzüm tədarükü ilə bağlı ciddi problemlə üzləşəcəyimizlə bağlı narahatlıq var. Əksər hallarda üzüm tədarükü müqavilələrində qiymət müəyyən edilmir. Hökumət üzüm tədarükü ilə bağlı müqavilələrdən ciddi şəkildə geri çəkilməlidir. Şərab, konyak ixracı xeyli azalıb ki, bu da ciddi problemlərə gətirib çıxaracaq”, - deyə o bildirib.

Ermənistanın “Aqrokənd Birliyi” ictimai təşkilatının sədri Hraç Berberyan Ermənistanda kartofun qiymətlərinə toxunub, kartofun 250 dramdan aşağı düşməyəcəyini qeyd edib.

Onun sözlərinə görə, aqrar sektoru idarəetməsiz buraxmaq olmaz.

Petrosyan və Berberyan erməni dramının dalğalanmasına da toxunublar, xarici problemlərlə əlaqəli olduğu üçün hökumətdən və Mərkəzi Bankdan çox şeyin asılı olmadığını, lakin dramın yenidən dəyərdən düşməsinin Ermənistan iqtisadiyyatının tənəzzülünə gətirib çıxaracağını qeyd ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İqtisadiyyat   Tənəzzül  


Bizi "telegram"da izləyin