“Paşinyan hökuməti de-yure və de-fakto olaraq yenidən əraziləri təhvil verəcək” - Zakaryan

2022/06/1654855489.jpg
Oxunub: 599     21:22     28 İyun 2022    
“Nikol və kapitulyasiya xuntası demək olar ki, tamamilə təcrid olunur”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, xarici dünya Paşinyanın hakimiyyətinə əhəmiyyət vermir.

“Xarici qüvvələr Nikolun imzaladığı kağızın (10 noyabr 2020-ci il) son əməlini həyata keçirməyə, Laçını və yolu türklərə təhvil verməyə tələsirlər. Türklərin inşa etdiyi alternativ yolun Qarabağ və Ermənistana nə dərəcədə xidmət edəcəyi hələlik sual olaraq qalır”, - deyə Zakaryan qeyd edib.

Ermənistanın keçmiş müdafiə nazirinin müavini vurğulayıb ki, Paşinyan hökuməti de-yure və de-fakto olaraq yenidən əraziləri təhvil verəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Zakaryan  


Bizi "telegram"da izləyin