Zabuxda qanunsuz yaşayan təxribatçı erməni: “Daha ciddi addımlara hazırlaşacağıq”

2022/06/1655108476.jpg
Oxunub: 1021     19:20     28 İyun 2022    
“Biz Nikol Paşinyanın yanlış danışıqlar aparmasına görə ərazini tərk etməyə hazırlaşmırıq”.

Ordu.az xəbər verir ki, bunu Zabuxda qanunsuz məskunlaşmış ermənilərin rəhbəri Andranik Çavuşyan deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan daim kompromis mövqeyini tuta bilməz.

“Niyə belə etdiyini başa düşmürəm. Heç kim ona torpaqları təhvil vermək mandatı verməyib. O deyir ki, Zabux sakinləri Qarabağa getməlidirlər, yəni sən danışığa oturmalısan, yanlış qərarlar qəbul etməlisən. Qələt edir. Mən tərk etməyəcəm, üstəlik, daha ciddi addımlara hazırlaşacağıq”, - deyə Çavuşyan qeyd edib.

Qeyd edək ki, Nikol Paşinyan iyulun 27-də keçirdiyi mətbuat konfransında marşrutun dəyişəcəyi halda keçmiş DQMV-dən kənarda yerləşən ərazilərin Azərbaycanın nəzarəti altına keçəcəyini bildirib. “Laçın sakinlərinin problemlərini hökumət həll edir. Əslində bu gün Laçında heç bir ailə yaşamır və Zabux kəndinin sakinlərinin problemləri Qarabağ “hökuməti”nin (qondarma qurum-red.) köməyi ilə həll olunacaq, mən indiki məqamda Sus haqqında dəqiq bir şey deyə bilmərəm. Problem həmin ərazilərin (keçmiş – red.) DQMV inzibati sərhədlərinin daxilində, yoxsa xaricində olmasıdır. Hər halda, biz bu məsələni Qarabağ (qondarma qurum – red.) “hakimiyyəti” ilə müzakirə etdikdə, Sus kəndinin adı müzakirə olunmayıb”, - deyə Paşinyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zabux   Laçın  


Bizi "telegram"da izləyin