Ermənistanın sabiq Müdafiə naziri etiraz edir: “5 aydır ki, hakim məhkəmə istintaqına başlamır”

2021/12/78146-1638354563.jpg
Oxunub: 433     17:48     28 İyun 2022    
“Ermənistanın keçmiş müdafiə naziri Davit Tonoyanın işi üzrə hakim 5 aydır ki, məhkəmə istintaqına başlamır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş müdafiə naziri, hazırda həbsdə olan Davit Tonoyanın vəkillərinin yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Davit Tonoyan və digərlərinin işi üzrə 2022-ci il iyunun 27-nə təyin edilmiş məhkəmə iclası baş tutmayıb, çünki sədrlik edən hakim Manvel Şahverdyan məhkəmə iclasına yarım saat qalmış səfirliyə baş çəkməli olub.

Qeyd olunub ki, qarşıdan gələn məhkəmə iclasında Davit Tonoyan hakimdən işin istintaqına başlanılmasını tələb edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tonoyan   Etiraz  


Bizi "telegram"da izləyin