Ermənistan ərazisində yeni atom enerji blokunun tikintisi layihəsi üzrə prosesə start verilib

2021/02/Untit-1612772363.jpg
Oxunub: 841     17:31     28 İyun 2022    
“Ermənistan Atom Elektrik Stansiyası” (Metsamor AES-red.) QSC ilə “Rusatom Oversiz” şirkətləri arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Ermənistan ərazisində yeni atom enerji blokunun tikintisi prosesinə başlanılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan ərazi idarəetmə və infrastruktur nazirinin müavini Hakop Vardanyanın sədrliyi ilə birgə işçi qrupunun növbəti iclasında bildirilib.

Qeyd olunub ki, müzakirələr zamanı 1000-1300 MVt gücündə standart enerji blokunun müvafiq sınaqlardan keçmiş variantına baxılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   AES  


Bizi "telegram"da izləyin