“Hraparak”: Silahların tədarükü ilə bağlı tenderi yenidən erməni “silah baronu”nun şirkəti qazanıb

2022/02/timth-1643710158.jpg
Oxunub: 315     11:18     29 İyun 2022    
Ermənistanda silah və sursatların alınması prosesi adətən gizli saxlanılır. Ancaq məlum olub ki, silah alışı ilə bağlı tender bu yaxınlarda başa çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

“Silah idxalında ciddi çətinliklərlə üzləşən səlahiyyətlilər silah tədarük edən şirkətlərin fəaliyyət dairəsini genişləndirməyə çalışıblar və rəqabət meyarlarına az-çox cavab verən çoxlu sayda şirkətə təkliflər veriblər. 30-a yaxın şirkətə tender paketləri göndərilib, onlardan tenderdə iştirak etməyə razı olmaq istənilib, lakin nəticədə tenderi “Patron Davo” ləqəbli David Qalstyanın şirkəti qazanıb. Məsələ burasındadır ki, hər şey istəklə bitmir, silah idxal etmək üçün müvafiq əlaqələrə və imkanlara malik olmaq lazımdır. Yeri gəlmişkən, Qalstyana qarşı cinayət təqibi davam edir. O, Davit Tonoyan və digərlərinin işi üzrə ittiham olunur. Lakin onun barəsində həbs-qətimkan tədbiri martın 14-də dəyişdirilib, silah tədarükü prosesinin bərpa olunması üçün girov müqabilində sərbəst buraxılıb”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Silah   Tender  


Bizi "telegram"da izləyin