Samir Şərifov işğaldan azad edilmiş ərazilərin bərpasına ayrılacaq vəsaitdən danışdı

2022/06/1656405560.jpg
Oxunub: 2706     12:20     28 İyun 2022    
İşğaldan azad edilmiş ərazilərin yenidənqurulması və bərpası üçün ayrılacaq vəsaitlərin xüsusi çəkisi dövlət büdcəsində yüksək olacaq.

Ordu.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, ayrılan vəsaitlər Qarabağ və Şərqi Zəngəzurun vacib infrastrukturunun bərpa edilməsinə yönəldilib.

Qeyd edək ki, 2022-ci ilin dövlət büdcəsindən işğaldan azad edilmiş vəsaitlərin bərpasına və yenidənqurulmasına ayrılan vəsait 470 milyon artırılaraq 2 milyard 670 milyon manata çatdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Samir-Şərifov   Qarabağ  


Bizi "telegram"da izləyin