Conson: "Ukraynanın cənub-şərqində vəziyyət çox çətin olaraq qalır”

2022/06/3000-1656325518.jpg
Oxunub: 281     13:37     27 İyun 2022    
Ukraynada hərbi vəziyyət çox çətin olaraq qalır, amma ukraynalılar Rusiyanın hücumlarına qarşı döyüşürlər.

Ordu.az “Telegraph”a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson Almaniyada keçirilən G7 ölkələrinin sammitində deyib.

“Ölkənin şərqində və cənub-şərqində vəziyyət çox çətin olaraq qalır, amma ukraynalılar (Rusiya qüvvələrini) geri oturtmağa və hərbi vəziyyəti dəyişməyə dair inanılmaz qabiliyyətə malik olduqlarını göstəriblər”, - Conson bildirib.

Conson vurğulayıb ki, G7 liderləri arasında “Ukrayna yorğunluğu” yoxdur və ölkələr Kiyevin Rusiyaya qarşı dəstəklənməsinə sadiqdirlər.

Baş nazir G7 ölkələri arasında bu məsələ ilə əlaqədar hələ də birlik olduğunu qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Conson   Ukrayna  


Bizi "telegram"da izləyin