Azərbaycan-Türkiyə-Qazaxıstan arasında razılaşdırılmış tarif siyasətinə keçilə bilər

2022/06/4fg5h-1656325353.jpg
Oxunub: 265     13:02     27 İyun 2022    
Azərbaycan, Türkiyə və Qazaxıstan arasında razılaşdırılmış tarif siyasətinə keçilməsi müzakirə edilir.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin bu gün imzaladığı Bakı Bəyannaməsində qeyd olunub.

Bəyannamədə bildirilib ki, Orta Dəhliz marşrutunun nəqliyyat potensialının artırılması üçün razılaşdırılmış qarşılıqlı faydalı tarif siyasətinin aparılması vacibdir.

Vurğulanıb ki, dəhlizin kommersiyalaşdırılması və bütün Orta Dəhliz ölkələrinin əraziləri vasitəsilə tranzit daşımaların asanlaşdırılması yolu ilə əldə edilən faydaları maksimuma çatdırmaq üçün birgə səylər əhəmiyyətlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə   Qazaxıstan  


Bizi "telegram"da izləyin