Azərbaycan-Türkiyə-Qazaxıstan görüşündə Zəngəzur dəhlizinin reallaşmasına tam dəstək ifadə edilib

2022/06/dfg7d-1656315645.jpg
Oxunub: 244     11:24     27 İyun 2022    
Türk Dövlətləri Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı səviyyəsində birgə əməkdaşlığımız müzakirə obyekti olub.

Ordu.az xəbər verir ki, bunu Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Eyni zamanda, Transxəzər Fiber-Optik Kabel xəttinin irəli aparılmasının önəmi diqqətə çatdırıldı. Azərbaycan tərəfi olaraq həmkarlarıma azad olunan ərazilər, bölgədə yaranan yeni reallıqlar, Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonlarında həyata keçirilən böyük layihələr, eyni zamanda, nəqliyyat layihələri barədə məlumat verildi. Zəngəzur dəhlizinin önəmi bu gün müzakirə mövzusu oldu və həmkarlarım tərəfindən bu layihənin reallaşmasına tam dəstək ifadə edildi”, - XİN rəhbəri vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə   Qazaxıstan  


Bizi "telegram"da izləyin