Ceyhun Bayramov: "Üç qardaş ölkə olaraq birgə toplantının keçirilməsi olduqca önəmli hadisədir”

2022/06/12112-1656315231.jpg
Oxunub: 282     11:10     27 İyun 2022    
"Bu gün Bakı şəhərində 3 qardaş ölkə olaraq birgə toplantının keçirilməsi olduqca önəmli hadisədir”.

Ordu.az xəbər verir ki, bunu Azərbaycan, Türkiyə və Qazaxıstan Xarici İşlər və Nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, ölkələrimiz arasında həm üçtərəfli, həm çoxtərəfli formatlarda çox yaxşı əməkdaşlıq formatları mövcuddur: “İlk dəfə olaraq üçtərəfli formatda belə görüşün keçirilməsi və xüsusi olaraq bugünkü müzakirələr konteksində nəqliyyat və bağlantılar sahəsində fikir mübadiləsini çox perspektivli hesab edirik. Transxəzər, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişaf etdirilməsinə diqqət yetirdik. Mövcud olan problemlər və bu coğrafiyada nəqliyyat sahəsində əməkdaşlığımızın genişlənməsinə xüsusi nəzər saldıq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ceyhun-Bayramov   Azərbaycan  


Bizi "telegram"da izləyin