Nazir: “Azərbaycanın hədəfi regionda sabitliyə nail olmaqdır”

2022/06/62b94-1656308704.jpg
Oxunub: 338     09:10     27 İyun 2022    
“Bu formatda ilk görüş keçirilir. Bu tarixi görüşə ev sahibliyi etməkdən məmnunluq duyuruq”.

Ordu.az xəbər verir ki, bunu Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli görüşündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, Azərbaycanın yeni hədəfi regionda sabitliyə nail olmaqdır:

“Hazırda qlobal təhlükəsizliyə qarşı artan təhdidlər fonunda əməkdaşlığımız böyük əhəmiyyət kəsb edir. Üçtərəfli əlaqələrimizi bu səviyyədə gözdən keçirməyimiz olduqca aktualdır. Ölkələrimizin daha sıx qarşılıqlı fəaliyyət göstərəcəyi əhəmiyyətli sahələrdən biri də regionda nəqliyyat dəhlizləridir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Region   Sabitlik  


Bizi "telegram"da izləyin