Ukrayna iyulun ortalarında daha dörd HIMARS alacaq

2022/06/42f4e-1656303069.jpg
Oxunub: 319     01:40     27 İyun 2022    
HIMARS raket yayılım atəş qurğularının növbəti partiyası iyulun ortalarında Ukraynaya gələcək.

Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü brifinqdə bildirib.

Bildirilib ki, Ukrayna ərazisində dörd HIMARS həm istismar, həm də texniki xidmət və dəstək baxımından təlim keçmiş ekipaj tərəfindən xidmət göstərir.

Pentaqon sözçüsü əlavə edib ki, Birləşmiş Ştatlar dörd buraxılış qurğusunun ikinci partiyasının təhvil verilməsinə dair artıq razılığa gəlib. Bununla bağlı hələlik konkret tarix olmasa da bu təxminən iyulun ortalarında baş tuta bilər.

Xatırladaq ki, iyunun 23-də Ukraynanın müdafiə naziri Aleksiy Reznikov bildirib ki, Ukrayna Silahlı Qüvvələri yüksək mobil MLRS M142 HIMARS alıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   HIMARS  


Bizi "telegram"da izləyin