Zelenski: “Ukraynaya raket zərbələrinin bütün iştirakçılarını tapacağıq”

2022/06/21561-1656302486.jpg
Oxunub: 282     04:17     27 İyun 2022    
“Ukraynaya raketlərin buraxılmasını təmin edən bütün pilotlar, dispetçerlər, texniklər və bütün digər insanlar başa düşməlidirlər - hamınızı tapacağıq”.

Ordu.az “İnterfaks Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.

“Hər biriniz bu zərbələrə görə məsuliyyət daşıyacaqsınız. Əgər kimsə “əmr belə olub” deyərək məsuliyyətdən yayınacağını hesab edirsə, yanılır”.

“Raketlərinizin evlərimizi vurmaları müharibə cinayətləridir. Məhkəmə - sizi gözləyən budur. Siz heç bir yerdə gizlənə bilməyəcəksiniz - nə raketlərinizin atıldığı Xəzər dənizinin sahilində, nə də Belarusda, heç yerdə”, - Zelenski deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin