Ərdoğanın sözçüsü: “Qarabağ problemi Azərbaycan-Türkiyə birliyi ilə həll olundu”

2022/02/e8c8b-1645366129.jpg
Oxunub: 285     23:50     26 İyun 2022    
Qarabağ problemi Azərbaycan-Türkiyə birliyi ilə həll olunub.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

“Ermənistanla niyə 1992-ci ildə sərhədləri bağladıq? Qarabağın işgalı ilə əlaqədar. İndi şərtlər dəyişib.

Azərbaycan-Türkiyə bir araya gəldi, Qarabağ azadlığa qovuşdu, Ermənistanla münasibətləri normallaşdırma prosesinə başladıq. Azərbaycan və Türkiyənin birliyi ilə problem həll olundu”, - Türkiyə Prezidentinin sözçüsü vurğulayıb.

İbrahim Kalın rəsmi Ankaranın İrəvanla münasibətlərindən də danışıb.

“Hazırda Ermənistanla sürətli normallaşma prosesini yaşayırıq. Problemləri həll edərək irəli getməlisən”, - Türkiyə liderinin rəsmi nümayəndəsi vurğulayıb.

İbrahim Kalın xatırladıb ki, Türkiyə müəyyən problermlərlə, o cümlədən jurnalist Camal Qaşıqçının qətli ilə əlaqədar Səudiyyə Ərəbistanı ilə də 3 il diplomatik münasibətlər qurmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Azərbaycan   Türkiyə  


Bizi "telegram"da izləyin