Rusiya "Kalibr" raketləri ilə Ukrayna qoşunlarının təlim mərkəzlərinə zərbə endirib

2022/03/456sd-1648285851.jpg
Oxunub: 319     14:14     26 İyun 2022    
Rusiya hava kosmik Qüvvələrinin yüksək dəqiqlikli silahları Ukrayna qoşunlarının Çerniqov, Jitomir və Lvov vilayətlərindəki təlim mərkəzlərinə zərbə endirib.

Ordu.az-ın məlumata görə, ötən sutka ərzində Rusiya hava kosmik Qüvvələrinin yüksək dəqiqlikli silahları və “Kalibr” raketləri Çerniqov vilayətindəki Desna yaşayış məntəqəsi yaxınlığındakı quru qoşunlarının 169-cu təlim mərkəzinin ərazisinə, Jitomir vilayətinin Teterevka rayonundakı hava desant-hücum qoşunlarının 199-cu təlim mərkəzinə, eləcə də Lvov vilayətinin Starıçi rayonunda Ukrayna silahlı qüvvələrinin 184-cü təlim mərkəzinə kütləvi zərbə endirib. Zərbə nəticəsində poliqonlarda təlimləri başa vuran Ukrayna qoşunlarının strateji ehtiyatlarından olan 65, 66-cı motoatıcı briqadaları və 46-cı aeromobil briqadası döyüş qabiliyyətini tamamilə itirib.

“Beləliklə, bu birləşmələrin döyüş bölgəsinə planlaşdırılmış köçürülməsi pozulub”, - deyə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin