İspaniya XİN: “Ukraynanın NATO-ya daxil olması məsələsinə baxılmır”

2022/06/sd456-1656232026.jpg
Oxunub: 297     11:19     26 İyun 2022    
“Ukraynanın NATO-ya daxil olması ehtimalı nəzərdən keçirilmir”.

Ordu.az xəbər verir ki, bunu İspaniyanın xarici işlər naziri Xose Manuel Albares “ “El Pais” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına(NATO) daxil olması heç vaxt danışıqlar masasında müzakirə olunmayıb, indi də müzakirə olunmur.

O, Ukrayna Prezidenti Volodimir Zelenskinin 28-30 iyun tarixlərində Madriddə keçiriləcək NATO sammitində yalnız videokonfrans formatında iştirak edəcəyini təsdiqləyib:

“Əgər o, gəlməyə qərar versəydi, təbii ki, biz də onu qucaqlayıb qarşılayardıq. Amma o, artıq videokonfrans formatında sammitdə iştirak edəcəyini bildirib”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   Ukrayna   NATO  


Bizi "telegram"da izləyin