Çin Tayvanı hətta hərbi yolla da qaytarmaq əzmindədir

2020/04/15868-1586868426.jpg
Oxunub: 305     06:05     26 İyun 2022    
Çin Tayvanı geri qaytarmaq üçün hərbi yolu da nəzərdən keçirərək istənilən addımı atmağa hazırdır.

Ordu.az xəbər verir ki, bunu Çinin Fransadakı səfiri Lu Şaye yerli nəşrə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ölkə Tayvanı müstəqil dövlət hesab etmir, çünki ada uzun müddət Çinin tərkibində olub.

"Biz Tayvanı bütün vasitələrlə, o cümlədən hərbi yolla alacağıq", - səfir bildirib.

Bundan əvvəl Çinin müdafiə naziri Vey Fenxe bəyan etmişdi ki, əgər kimsə Tayvanı ayırmağa cəhd edərsə, Çin sona qədər mübarizə aparacaq. Nazirin sözlərinə görə, bu Çinin yeganə seçimidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Tayvan  


Bizi "telegram"da izləyin