Ankara Stokholmdan Türkiyənin müdafiə sənayesinə embarqonu aradan qaldıracağını gözləyir - Ərdoğan

2022/06/27841-1654770290.jpg
Oxunub: 511     01:59     26 İyun 2022    
Ankara Stokholmdan Türkiyənin müdafiə sənayesi məhsullarının ixracına qoyulan embarqonun və digər məhdudiyyətlərin aradan qaldırılmasını gözləyir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin baş naziri Maqdalena Andersson ilə telefon danışığı zamanı bildirib.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin yaydığı məlumata görə, tərəflər İsveçin NATO-ya üzvlük müraciəti ilə bağlı məsələləri müzakirə ediblər. R.T. Ərdoğan bildirib ki, İsveç terrorla mübarizə kimi Türkiyə üçün mühüm fundamental məsələlərdə addımlar atmalıdır.

Türkiyə lideri Stokholmun terror təşkilatı PKK/YPG ilə bağlı mövqeyini dəyişməli olduğunu vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Türkiyə  


Bizi "telegram"da izləyin