Pakistanın cənubunda güclü partlayış baş verib, ölən və yaralılar var

2022/06/terak-1656221743.jpg
Oxunub: 268     00:50     26 İyun 2022    
Pakistanın cənubundakı Sind əyalətində şənbə günü bomba partlaması nəticəsində azı bir nəfər ölüb, 10 nəfər yaralanıb.

Ordu.az "Sinxua" agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Qeyd olunur ki, partlayış nəticəsində xəsarət alanlardan azı üç nəfəri polis əməkdaşıdır.

İlkin məlumata görə, partlayıcı qurğu motosikletə yerləşdirilib.

Hadisə yerinə xilasedicilər və digər müvafiq qirimların əməkdaşları cəlb olunub, yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər. Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Partlayışa görə heç bir qrup və ya şəxs məsuliyyəti üzərinə götürməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Partlayış  


Bizi "telegram"da izləyin