Türkiyə kəşfiyyatı yunan casusu saxlayıb

2022/06/d8389-1656220965.jpg
Oxunub: 366     04:48     26 İyun 2022    
Türkiyənin Milli İstihbarat (Kəşfiyyat) Təşkilatı (MİT) casusluq etdiyi aşkarlanan Yunanıstan vətəndaşını saxlayıb.

Ordu.az xəbər verir ki, bu barədə "Star" qəzeti məlumat yayıb.

Yunanıstan vətəndaşı Mohammed Amar Amparanın sahibkarlıq adı altında Türkiyəyə səfərlər etdiyi, casusluq fəaliyyətini ticarətlə ört-basdır etdiyi vurğulanır. Amparanın məqsədi sərhəddə Yunanıstan kəşfiyyatına Türkiyə Silahlı Qüvvələrinin bölmələri haqqında məlumat ötürmək olub.

Bundan əlavə, o, Türkiyədəki suriyalılar və ölkədə qadağan olunmuş FETÖ-nün tərəfdarları haqqında məlumatlar toplayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə-kəşfiyyatı  


Bizi "telegram"da izləyin