“Qalib gələn tərəf olan Azərbaycan vasitəçilərdən qəti şəkildə imtina edir” - RUS EKSPERTLƏR

2022/06/timth-1656174148.jpg
Oxunub: 749     20:22     28 İyun 2022    
“Müxtəlif regionlarda vasitəçilərin müxtəlif bəyanatları geosiyasi gərginliyi, uyğunlaşmanı, qüvvələr balansını əks etdirir”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı hərbi-siyasi analitik Vladimir Yevseyev deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu bu gün faktiki olaraq fəaliyyət göstərmir və onun gələcək fəaliyyəti çox şübhəlidir, çünki tərəflərdən biri, yeri gəlmişkən, qalib gələn tərəf beynəlxalq platformalarda vasitəçilərdən qəti şəkildə imtina edir.

“Bunun üçün bir sıra səbəblər var. Bu səbəblərdən biri də odur ki, Azərbaycan dünyada yaranmış vəziyyətlə oynayır, Rusiyadan, Qərbdən, bu halda Aİ-dən mümkün qədər çox faydalar qazanmağa çalışır”, - deyə Yevseyev qeyd edib.

Rusiyalı analitik Aleksey Malaşenko isə bildirib ki, ATƏT-in Minsk qrupu ətrafında danışıq hazırda sanki Moskva və Vaşinqton, yaxud Brüssel üçün süni gündəmdir.

“Onlar bunu bir-birlərinə hansısa bir şeyləri başa salmaq və ya beynəlxalq arenada bir-birlərinin nüfuzuna zərbə vurmaq üçün dövriyyəyə qoyurlar. Hesab edirəm ki, nə Moskva, nə də Qərb Minsk qrupunun indiki mərhələdə nəsə edə biləcəyini təsəvvür edə bilməz”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Müharibə   Qələbə  


Bizi "telegram"da izləyin