Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “7or.am” nəşri yazıb.
Nəşrin qeyd etdiyinə görə, qalmaqallar, şoklar, silkələnmələr o qədər çoxdur ki, artıq adi fenomenlərə çevrilib, halbuki bunlardan hər biri 10 istefanın, 10 hakimiyyət dəyişikliyinin və 10 inqilabın səbəbi ola bilərdi.
“2018-ci ildə Artur Vanetsyan və Sasun Xaçatryan arasında telefon danışığının səs yazısı ortaya çıxanda elə görünürdü ki, bundan sonra istefalar olacaq, ictimai üsyan olacaq. Amma bunun tam əksi baş verdi. İnqilabdan sonrakı eyforiya hələ də var idi və Nikol bundan istifadə etdi. Bundan sonra çoxlu sarsıntılar və şoklar oldu ki, bunların ən faciəlisi 44 günlük müharibə oldu. Nikol qan gətirdi və qan içində saxlamağa davam edir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az