MÖTİ: Rusiya Lisiçanskı mühasirəyə almağa çalışır

2022/06/1655981654.jpg
Oxunub: 279     07:57     25 İyun 2022    
Rusiya ordusu Ukraynanın Lisiçansk şəhərini mühasirəyə almağa çalışır.

Ordu.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi və Tədqiqatı İnstitutunun hesabatında deyilir.

Bildirilir ki, Ukrayna qüvvələri Lisiçansk ətrafında öz müdafiələrini qoruyacaq ki, bu da Rusiya qüvvələrinə şəhəri mühasirəyə almaqda çətinlik yaradacaq.
Qeyd olunub ki, bu müdafiə Rusiyanın bir neçə hücumunu dəf etməyə qadirdir.

Ekspertlər əlavə edirlər ki, Severodonetskdəki ruslar şərqdən çay keçidləri yaratmalı olacaqlar ki, bu da əlavə vaxt və səy tələb edəcək.

Lisiçanskı tamamilə təcrid etmək üçün Rusiya qüvvələri Ukraynanın Baxmut və Severskdən təminat marşrutlarını kəsməli olacaqlar.

Analitiklər proqnozlaşdırırlar ki, rus qoşunları çox güman ki, gələcəkdə Slavyanska qurudan hücum əvəzinə Lisiçanskın mühasirəsini Liman şəhəri tərəfdən tamamlamağa üstünlük verəcəklər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin